Subyektin özünüidarəetmə identifikasiya kodu
Subyektin özünüidarəetmə identifikasiya kodu (alm. Amtlicher Gemeindeschlüssel) — bəzi ölkələrdə (Almaniya, Avstriya, İsveçrə) şəxsi idarəetmə subyektin birmənalı şəkildə müəyyənləşdirmək üçün istifadə olunan rəqəmsal ardıcıllıq.
Regionları müəyyənləşdirmək üçün istifadə olunan digər sistemlər də mövcüddur (poçt indeksi, NUTS).
Almaniyada identifikasiya kodları əsasən statistik məqsədlər üçün istifadə edilir və dövlətin statistik orqanları onları vermək üçün məsuliyyət daşıyırlar.
Almaniyada identifikasiya kodu 8 rəqəmdən ibarətdir. İlk İki rəqəmi torpaq, üçüncüsü — inzibati rayon. İnzibati rayonlar olmadığı torpaqlarda üçüncü rəqəm 0 təşkil edir. Dördüncü və beşinci rəqəmlər rayonun və ya şəhərin torpaq tətərfdən idarə edilməsinin, altıncı, yeddinci və səkkizinci — yerli hökumətin aktual subyektini özünüidarəetməni göstərir.
08 1 11 000 — Ştutqart
08 — Baden-Vürtemberq torpağı
1 — Ştutqart inzibati rayonu
11 — Ştutqart torpaq tabeliyində olan şəhəri
000 — (torpaq tabeliyində olan bir şəhər olaraq, Ştutqartda daha bir bölmə yoxdur)
Federativ dövlətlər şimaldan cənuba (1-9), Almaniyanın Federativ Respublikasına (10) və əlifba sırasına (11-16) qoşulma xronoloji qaydada verilir.
01: Şlezviq-Qoltşteyn
02: Qamburq
03: Aşağı Saksoniya
04: Bremen
05: Şimali Reyn — Vestfaliya
06: Qessen
07: Reynland-Pfalts
08: Baden-Vürtermberq
09: Bavariya
10: Saar
11: Berlin
12: Branderburq
13: МMeklenburq — Pomeraniya
14: Saksoniya
15: Saksoniya-Anxalt
16: Türinqiya
Almaniyanın Statistika İdarəsi (alm.)
Avstriyanın identifikasiya kodu 5 rəqəmdən ibarətdir.